“Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma”nın təsdiq edilməsi haqqında 


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRAR

      “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 204-IVQD nömrəli Qanununun tətbiqi haqqında və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 526 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
       1. “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma” təsdiq edilsin (əlavə olunur).
      2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın:
      2.1. qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülən vəsaitin müəyyən olunmuş qaydada səmərəli istifadə olunması istiqamətində mütəmadi olaraq zəruri tədbirlərin görülməsini təmin etsin;
      2.2. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın hər rübün və ilin sonunda Komitənin internet informasiya ehtiyatında və rəsmi dövri mətbu nəşrdə dərc olunmasını təmin etsin. 
     3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan 30 faizlik vəsaitin işçilərin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülməsini təmin etsin.

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

Bakı şəhəri, 04 iyun 2012-ci il
  № 127 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2012-ci il 6 iyun tarixli 130 nömrəli qərarı ilə 
təsdiq edilmişdir

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma

  ____________ 20____ il tarixinə

Sıra

№-si

Hesabat verən təşkilatın adı

Hesabat dövrünün əvvəlinə qalıq

Xüsusi hesaba köçürülmüşdür (cəmi dövlət rüsumunun 30 faizi)

Alınan vəsaitin xərc istiqamətləri

Hesabat dövrünün sonuna qalıq (manatla)

vəzifə maaşına əlavələr

mükafat

maddi yardımlar

maddi təminata yönəlmiş digər xərclər

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

1

2

3

4

5

6

7

8

9

10

 

DƏDRX

 

 

 

 

 

 

 

 

 

CƏMİ